TOP 10

“Sumqayıt” qış hazırlıq planını açıqladı

Futbol
Tarix: 2018-01-10 15:55

“Sumqayıt” yanvarın 5-dən etibarən Premyer Liqanın ikinci yarısı üçün hazırlığa start verib. Sport24.az xəbər verir ki, komanda baş məşqçi Samir Abasovun planına əsasən, hazırlığın ilk hissəsini yanvarın 19-dək Sumqayıtda keçəcək. 


Bu müddət ərzində "Sumqayıt" 2 yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda yanvarın 15-də "Qaradağ Lökbatan", 18-də isə "Səbail"lə öz stadionunda üz-üzə gələcək. 


“Sumqayıt” hazırlığın ikinci mərhələsini isə yanvarın 21-dən fevralın 4-dək Türkiyədə davam etdirəcək. Təlim-məşq toplanışını Antalyanın Side bölgəsində keçəcək komanda "The Sense De Luxe" hotelində məskunlaşacaq. "Sumqayıt" qonşu ölkədə 4 yoxlama oyunu keçirəcək. Samir Abasovun rəhbərlik etdiyi komanda yanvarın 25-də Polşanın "Poqon", 28-də Makedoniyanın "Akademiya Pandev", 31-də Rusiyanın "Anji", fevralın 3-də isə Serbiyanın "Mladost" klubları ilə qarşılaşacaq.
 

17 Yanvar 2018
16 Yanvar 2018
B.eÇ.aÇC.aCŞB