TOP 10

Kamerun millisinin sabiq futbolçusu "Keşlə"də baxışda

Futbol
Tarix: 2018-01-10 15:34

Bakıda hazırlığını davam etdirən "Keşlə" baxışa iki legioner dəvət edib. Klubdan Sport24.az-a verilən məlumata görə, bunlar yarımmüdafiəçilər - hamerunlu Herve Tçami il serbiyalı Nemanya Stayanoviçdi.

30 yaşlı Tçami karyerası ərzində Polşanın "Zaqlembe", "Poqon", Macarıstanın "Solynok", "Honved", İsveçin "Varnamo", Əlcəzairin "Bel-Abbes", Omanın "Əl-Orouba", Portuqaliyanın "Feyrense" və Türkiyənin "Girəsunspor" klublarında çıxış edib. Son klubu Səudiyyə Ərəbistanın “Hacer” olan Herve millisində 2 oyun leçirib. 

Dayaq yarımmüdafiəçisi olan 31 yaşlı Stayanoviç isə karyerası ərzində əsasən ölkəsində çıxış edib. Onun sonuncu klubu "Drina" olub.

"Kelə" sabah "Qaradağ Lökbatan"la keçiriləcəyi yoxlama oyununda hər iki legioneri sınaqdan keçirəcək. Onlarla bağlı yekun qərarı ukraynalı baş məşqçi Yuri Maksimov həmin oyundan sonra verəcək. 

17 Yanvar 2018
16 Yanvar 2018
B.eÇ.aÇC.aCŞB