TOP 10

"Neftçi"dən ayrılan futbolçu: “Ən düzgün qərarı verdik”

Futbol
Tarix: 2018-01-10 13:14

“Neftçi”dən ayrılmaq söhbəti çoxdan var idi. Amma mən bura gəldim və yenidən danışdıq. Ən düzgün qərarı verdik”. 


Bu sözləri sport24.a-a açıqlamasında “Neftçi”dən ayrılan fransalı hücumçu Uqo Barqas deyib. 


Boliviyanın “Blumberq” klubuna transfer olunan forvard gedişinin xüsusi bir səbəbi olmadığını bildirib: “Xüsusi bir səbəb yox idi. Boliviyadan təklif gəldi və dəyərləndirdik. Mənim üçün yaxşı bir fürsət idi. Təklif məni qane edirdi”.

Barqas, sosial şəbəkədəki hesabında da "Neftçi"dən ayrılması ilə bağlı təəssüratlarını bölüşüb. O, bunları qeyd edib: “Neftçi”də oynamaq şərəfinə nail olduğum üçün sevincli və xoşbəxtəm. Amma futbolun bir hissəsi ayrılmaqdı. İndi isə getmək vaxtıdı. Komanda yoldaşlarıma uğurlar arzu edirəm. Ümid edirəm ki, istədiklərinə nail olacaqlar”.

17 Yanvar 2018
16 Yanvar 2018
B.eÇ.aÇC.aCŞB