TOP 10

“Qəbələ” ilk sınağından heç-heçə ilə ayrıldı

Futbol
Tarix: 2018-01-10 19:52

Antalyada təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ilk yoxlama oyununu keçirib. Sport24.az xəbər verir ki, “qırmızı-qaralar” Türkiyə Super Liqa təmsilçisi “Akhisar”la üz-üzə gəlib.

Roman Qriqorçukun yetirmələrinin Antalya toplanışındakı ilk rəqibi Super Liqanın cari mövsümündə 18 komanda arasında 12-ci pillədə yer alıb. 


Görüşdə hesabı akhisarlılar açıblar. Amma fasilədən sonra Filip Ozobiç "Qəbələ"ni məğlubiyyətdən xilas edib. Nəticədə, bu görüş heç-heçə başa çatıb.


Yoxlama oyunu
10 yanvar


Akhisar - Qəbələ 1:1
Qol: Serjinyo, 17 - Ozobiç, 57.
Antalya. Bələk. “Rixos Premium” otelinin meydançası


"Qəbələ": 35. Murad Popov, 8. Qismət Alıyev, 3. Voyislav Stankoviç, 34. Ürfan Abbasov, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov, 28. Stiven Monroz, 18. Filip Ozobiç, 9. Baqali Dabo, 45. Famussa Kone.
 

17 Yanvar 2018
16 Yanvar 2018
B.eÇ.aÇC.aCŞB