TOP 10

"Kəpəz"dən növbəti transfer: Yunis Hüseynov "Karvan"ın keçmiş futbolçusunu yanına gətirdi

Futbol
Tarix: 2018-01-06 09:29

"Kəpəz" növbəti transferini reallaşdırıb. Sport24.az xəbər verir ki, Gəncə təmsilçisi uzun illər milli çempionatımızda iştirak etmiş təcrübəli futbolçu Əziz Quliyev heyətinə cəlb edib. 30 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

 

Gəncəlilərin baş məşqçisi Yunis Hüseynovun bu futbolçunu yanına gətirməsi təsadüfi deyil. Belə ki, Əziz Azərbaycanda ilk olan "Karvan"da məhz Hüseynovun rəhbərliyi altında oynayıb. Onun ölkəmizdə ən çox oynadığı klub da məhz Yevlax təmsilçisi olub. - 2007-09-cu illər, 57 oyun, 3 qol.

 

Əziz Bakıda anada olsa da, Rusiya futbol məktəbinin yetirməsidi. O, Vladiqafqazın  "Alaniya" və "Avtodor" klublarında oynayıb. Quliyevi 11 il öncə ölkəmizə gətirərək burada karyerasının başlanmasının səbəbkarı məhz Hüseynov olub. Futbolçu habelə "Bakı"da (2 müxtəlif vaxtda), "İnter"  "Neftçi", "Rəvan", "Səbail"də forma geyinib. "Karvan"da dayaq yarımmüdafiəçisi oynayan Əziz solaxay futbolçu olaarq sonralar yarımmüdafiənin, əsasən də müdafinin sol cinahında oynayıb.

 

Quliyevin karyerasında ən uğurlu il 2010-cu il olub. Belə ki, o, həmin 2009/10 mövsümündə "Bakı"da həm ölkə kubokunun qalibi olaraq hələ ki yeganə titulunu qazanıb, həm də çempionatımızın gümüş medalçısı olub. 

17 Yanvar 2018
16 Yanvar 2018
B.eÇ.aÇC.aCŞB