IV İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksələn boksçularımızın sayı 6-ya çatıb. Sport24.az xəbər verir ki, bu uğura 81 kq çəki dərəcəsində mübarizə aparan Rauf Rəhimov da imza atıb.

İlk döyüşündə Hafidz Adli Mohdu (Malayziya) yarışdan kənarlaşdıran təmsilçimiz 1/4 finalda pakistanlı Əli Xanı sınağa çəkib. Görüş 5:0 hesabı ilə Rəhimovun xeyrinə başa çatıb.

O, yarımfinal qarşılaşmasına sabah çıxacaq. Rəhimov Abdelrəhman Abdelqəvvədlə (Misir) gücünü yoxlayacaq.