Bu gün IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarında qrup mərhələsinin oyunlarına yekun vurulacaq. Sport24.az xəbər verir ki, Azərbaycan milli komandası son turda Mərakeşlə qarşılaşacaq.Hər 2 yığma 4 xalla şərikli liderdi. Sadəcə, millimiz topların daha yaxşı fərqinə görə turnir cədvəlində başçılıq edir. 

Yaşar Vahabzadənin komandasına qrupdan yarımfinala çıxmaq üçün 1 xal da kifayət edəcək.

Xatırladaq ki, millimiz qrupda ilk oyunda Kamerunla qolsuz heç-heçə edib, ardından Səudiyyə Ərəbistanına 2:0 hesabı ilə qalib gəlib.

15 may 

İslam Həmrəylik Oyunları III tur   A qrupu 18:30. Mərakeş – Azərbaycan 0:0  18:30. Kamerun – Səudiyyə Ərəbistanı 3:0 

 

1. Kamerun     3 1 2 0 4-1 5

2. Azərbaycan 3 1 2 0 2-0 5

3. Mərakeş      3 1 2 0 1-0 5

4. Səudiyyə     3 0 0 3 0-6 0