Kişilərdən ibarət Azərbaycanın cüdo yığması IV İslam Həmrəyliyi Oyunlarında çempion olub. Sport24.az xəbər verir ki, milli komandamız bu gün finalda Əlcəzair millisinə 3:2 hesabı ilə qalib gəlib. Qalib yığmamızın heyətində Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Rüfət İsmayılov (81 kq), Məmmədəli Mehdiyev (90), Uşanqi Kokauri (90 kiloqramdan yuxarı) yer alıblar.

Xatırladaq ki, cüdo yığmamız yarımfinalda Özbəkistanı 4:1 hesabı ilə məğlub edərək finala çıxmışdı.