Sərbəst güləş üzrə yığma komandamız aprelin 17-də Avropa çempionatında iştirak edəcək. Bu barədə Sport24.az-a sərbəst güləş üzrə yığma komandanın məşqçisi Arif Abdullayev məlumat verib.

Aprelin 23-dək davam edəcək qitə turnirindən sonra yığmamız daha bir neçə reytinq yarışlarında çıxış edəcək. Sentyabrda isə yığmamız lisenziya xarakterli dünya çempionatında mübarizə aparacaq.

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında medal qazanan idmançılarımız əsas yığmanın təlim-məşq toplanışına cəlb ediləcək.