“Qəbələ” İdman Klubunda daha bir idman növü üzrə bölmə fəaliyyətə başlayıb. Sport24.az xəbər verir ki, Yunan-Roma güləşi bölməsi oktyabrın 1-də açılıb.

Klubun gənc pəhləvanlarına yeniyetmələr arasında dünya çempionu Ruhin Mikayılov hazırlıq keçir. Azərbaycanın və “Qəbələ”nin sabiq güləşçisi idmançı karyerasını başa vurduqdan sonra məşqçi fəaliyyətinə doğma klubda start verib. Qəbələnin Soltannuxa kəndindən olan mütəxəssis gənc və yeniyetmə idmançılara güləşin sirlərini öyrədir.

Xatırladaq ki, Qəbələ rayonunda klubun cüdo, boks, sərbəst güləş və MMA bölmələri də fəaliyyət göstərir.