Qadın güləşi üzrə Azərbaycan millisi bu gün növbəti təlim-məşq toplanışına start verib.

Sport24.az xəbər verir ki, yığmamız baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Ukraynanın paytaxtı Kiyevdə hazırlıq keçir.

Fevralın 25-dək davam edəcək toplanış “Konça-Zaspa” Olimpiya Kompleksində keçirilir. Martın 18-dən 21-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyan toplanışda Türkan Nəsirova (50 kq), Leyla Qurbanova, Tatyana Varansova (hər ikisi 53 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq), Gözəl Zutova və Səbirə Əliyeva (hər ikisi 76 kq) iştirak edir.

Qeyd edək ki, toplanış başa çatdıqdan sonra komandamızın fevralın 26-dan 28-dək Kiyevdə Ukraynanın məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçiriləcək ənənəvi yarışda iştirakı nəzərdə tutulub.