Azərbaycanın güləş üzrə U-20 yığmaları Türkiyədə təlim-məşq toplanışını davam etdirir.

Sport24.az xəbər verir ki, hər 3 güləş növü üzrə komandamız aprelin 26-dan Türkiyə millisiylə birgə hazırlıq prosesinə start verib. 

İki həftəlik toplanışda həm fiziki, həm də taktiki-texniki çalışmalara yer ayrılıb. Toplanış iyunun 27-dən iyulun 3-dək İtaliyanın paytaxtı Romada təşkil olunacaq U-20 Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

Yunan-Roma güləşçilərimiz böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında Boluda hazırlıq keçir. Heyətdə Fərid Sadıxlı (55 kq), Elmir Əliyev, Nihad Quluzadə (hər ikisi 60 kq), Ziya Babaşov, Təvəkgül Həziyev, Fərid Baxışlı (hamısı 63 kq), Kənan Abdullazadə, Fərid Xəlilov (hər ikisi 67 kq), Urfan Həsənli, Qurban Qurbanov,Ruslan Nurullayev (hamısı 72 kq), Xasay Həsənli (77 kq), Rauf Əliyev (82 kq), Laçın Vəliyev (87 kq) və Heybulla Qistarov (130 kq) yer alıb.

Sərbəst güləşçilərimiz böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Rövşən Hacıyevlə Əşrəf Əliyevin rəhbərliyi altında İstanbulda məşqləri davam etdirir. Sarıyer bölgəsində hazırlıq keçən heyət Nurəddin Novruzov (57 kq), Ramik Heybətov, Ceyhun Allahverdiyev (hər ikisi 61 kq), Əbülfəz Nəsirov (65 kq), Maqomed-Başir Xaniyev, Sabir Cəfərov, Kənan Heybətov (hər ikisi 70 kq), Namus Orucov (74 kq), Soslan Tigiyev, Səbuhi Əmiraslanov (hər ikisi 79 kq), Fərid Cabbarov (86 kq), Abdulcəlil Şabanov və Zəfər Əliyevdən (hər ikisi 92 kq) ibarətdir.

Qadın güləşçilərimiz isə böyük məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Niğdədə Türkiyədən olan xanım həmkarlarıyla birgə toplanış keçir. Hazırlıq prosesində Əsmər Canqurtaran (50 kq), Gültəkin Şirinova (53 kq), Elnurə Məmmədova (55 kq), Nərgiz Səmədova, Firuzə Məcidova, Züleyxa Seyidəliyeva (hamısı 57 kq), Birgül Soltanova (62 kq), Nigar Mirzəzadə (68 kq) və Mərziyə Sadıqova (72 kq) iştirak edir.

Qeyd edək ki, yığmalarımız mayın 13-dən 15-dək Antalyada keçiriləcək “Çempionlar” turnirində çıxış etdikdən sonra Vətənə qayıdacaq.