Sabah Macarıstanın paytaxtı Budapeştdə keçirilən yeniyetmələrin dünya çempionatında yunan-Roma güləşçilərin mübarizəsinə start veriləcək.

Sport24.az xəbər verir ki, bu gün bütün çəkilər üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin ilk rəqibləri müəyyənləşib.

45 kq
Təsnifat: Rahim Həsənov - Yerbol İbrahim (Qazaxıstan)

48 kq
1/8 final: Fəraim Mustafayev - Filip Mikuliç (Xorvatiya)

51 kq
1/8 Rəhman Kərimov - Maksim Razqalavets (Belarus)

55 kq
Təsnifat: Məhəmməd Şükürzadə - Saveli Raşçinski (Belarus)

60 kq
1/8 final: Fərid Xəlilov - David Manik (Macarıstan)

65 kq
Təsnifat: Rzayev - Tahir Amangəldi (Qazaxıstan)

71 kq
1/8 final: Ruslan Nurullayev - Skot Ştauffenberq (ABŞ)

80 kq
1/8 final: Cocu Səmədov - Maksim Masiukeviç (Belarus)

92 kq
Təsnifat: Əli Quliyev - Javlon Tirkaşiyev (Özbəkistan)

Qeyd edək ki, sabah 48, 55, 65, 80 və 110, birisi gün isə 45, 51, 60, 71 və 92 kq-da çıxış edən güləşçilər mübarizəyə qoşulacaq.