Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir.

Sport24.az xəbər verir ki, beşinci yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Elmir Əliyev 1/8 finalda iranlı həmkarıyla gərgin mübarizə şəraitində keçən görüşdə minimal fərqlə uduzub. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz avqustun 21-də təsəlliverici görüşə çıxıb və Türkiyə idmançısına qalib gəlib. Həlledici qarşılaşmada Qazaxıstan təmsilçisinə də gücünü göstərən Əliyev dünya çempionatının bürünc medalını boynundan asıb.

Ziya Babaşov debütdə yerli pəhləvanla bacarmayıb. Rusiyalı güləşçinin finaladək irəliləməsi Babaşova təsəlliverici görüşə vəsiqə qazandırıb. Ziya avqustun 21-də İran pəhləvanına da məğlub olub.
Elcan Məmmədov təsnifat mərhələsində cəmi 40 saniyəyə Polşa idmançısının kürəyini yerə sıxıb. Ancaq 1/8 finalda Belarus təmsilçisinə məğlub olub.

Laçın Vəliyev startda serbiyalı rəqibinə qalib gəlib. Növbəti mərhələdə İsveç güləşçisini üstələyən Vəliyev 1/4 finala yüksəlib. Almaniya təmsilçisindən də güclü olan həmyerlimiz adını yarımfinala yazdırıb. Ancaq Hollandiya idmançısı keçilməz olub. Laçın bürünc medal uğrunda görüşdə ukraynalı rəqibinə uduzaraq 5-ci yerlə kifayətlənib.

Sərxan Məmmədov ilk görüşdə iranlı rəqibini minimal fərqlə üstələyib. Məmmədov polşalı güləşçiyə də gücünü göstərərək yarımfinala adlayıb. Yunanıstan təmsilçisiylə gərgin keçən mübarizədən də qalib ayrılan Sərxan finala yüksəlib. Həlledici görüşdə son Avropa çempionu ilə qarşılaşan güləşçimiz türkiyəli rəqibinə məğlub olub və dünya çempionatının gümüş medalını qazanıb.

55 kq
1/8 final: Elmir Əliyev - Əmirrza Dehbozorgi (İran) 4:5
Təsəlliverici görüş: Elmir Əliyev - Adem Burak Uzun (Türkiyə) 6:4
Bürünc medal görüşü: Elmir Əliyev - İsxar Kurbayev (Qazaxıstan) 3:1

63 kq
1/8 final: Ziya Babaşov - Səid Bakayev (Rusiya) 0:10
Təsəlliverici görüş: Ziya Babaşov - Hüseyn Məhəmmədi (İran) 0:8

77 kq
Təsnifat: Elcan Məmmədov - Konrad Kozlovski (Polşa) 4:0 (tuşe)
1/8 final: Elcan Məmmədov - Dmitri Bonka (Belarus) 1:4

87 kq
Təsnifat: Laçın Vəliyev - Mario Vukoviç (Serbiya) 5:2
1/8 final: Laçın Vəliyev - Alqot Kaelman (İsveç) 6:0
1/4 final: Laçın Vəliyev - Lukas Lazogianis (Almaniya) 3:1
1/2 final: Laçın Vəliyev - Tirone Stekelenburq (Hollandiya) 1:4
Bürünc medal görüşü: Laçın Vəliyev - Aleksandr Primaçenko (Ukrayna) 1:3

130 kq
1/8 final: Sərxan Məmmədov - Əmirməhəmməd Bayat (İran) 3:2
1/4 final: Sərxan Məmmədov - Tomaş Vavrinçik (Polşa) 3:1
1/2 final: Sərxan Məmmədov - Nikolaos Ntunias (Yunanıstan) 3:2
Final: Sərxan Məmmədov - Muhammet Bakir (Türkiyə) 1:3