Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir.

Sport24.az xəbər verir ki, üçüncü yarış günündə qadın güləşi üzrə mübarizəyə start verilib.

Gültəkin Şirinova ilk görüşdə Qırğızıstan güləşçisiylə qarşılaşıb. Qarşılaşma dramatik alınıb. Son saniyələrdə 3 xal geridə olan həmyerlimiz 5 xallıq fəndi uğurla icra edərək "tuşe" ilə qələbə qazanıb. Ancaq 1/4 finalda hindistanlı rəqibiylə bacarmayıb.

Mübarizəyə 1/4 finaldan qoşulan Jalə Əliyeva Polşa təmsilçisinə qalib gələrək yarımfinala yüksəlib. Lakin yarımfinalda Rusiya güləşçisinə məğlub olub. Jalə avqustun 19-da bürünc medal uğrunda güləşəcək.

50 kq
Təsnifat: Gültəkin Şirinova - Nazik Mirlanqızı (Qırğızıstan) 19:17 (tuşe)
1/4 final: Gültəkin Şirinova - Simran Simran (Hindistan) 8:18

59 kq
1/4 final: Jalə Əliyeva - Aleksandra Vitos (Polşa) 2:0
1/2 final: Jalə Əliyeva - Anastasiya Sidelnikova (Rusiya) 0:10
Bürünc medal görüşü: Jalə Əliyeva - Kusum Kusum (Hindistan)