Bu gün Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı start götürüb.

Sport24.az xəbər verir ki, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıb. 

Nurəddin Novruzov startda İtaliya idmançısı üzərində inamlı qələbə qazanıb. Monqolustan güləşçisini də vaxtından əvvəl məyus edən həmyerlimiz adını yarımfinala yazdırıb. Finalın bir addımlığında yerli pəhləvana məğlub olan Novruzov ümidini bürünc medala bağlayıb.
Zirəddin Bayramov ilk görüşdə tacikistanlı güləşçini üstələyib. Bayramov gürcü rəqibiylə qarşılaşmada hesabda 2:5 geridə olsa da, inanılmaz əzmkarlıq göstərərək tam üstünlüklə qalib gəlib və yarımfinala yüksəlib.

Cəbrayıl Hacıyev 1/8 finalda Bolqarıstandan olan rəqibinə tam üstünlüklə qalib gəlib. İsveç idmançısına da heç bir şans tanımayan Hacıyev yarımfinala adlayıb.

Əşrəf Aşırov dünya çempionatına Latviya təmsilçisi üzərində inamlı qələbəylə start verib. Monqolustan güləşçisi də eyni aqibətlə üzləşib. Qırğızıstan idmançısından da güclü olan Aşırov yarımfinala vəsiqə qazanıb.

Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

57 kq
1/8 final: Nurəddin Novruzov - Simyone Piroddu (İtaliya) 11:6
1/4 final: Nurəddin Novruzov - Daştseren Purvee (Monqolustan) 12:2
1/2 final: Nurəddin Novruzov - Ramazan Baqavudinov (Rusiya) 0:7
Bürünc medal görüşü: Nurəddin Novruzov - Assiljan Yessengeldi (Qazaxıstan)/Şubham Şubham (Hindistan)

65 kq
1/8 final: Zirəddin Bayramov - Mustafa Əhmədov (Tacikistan) 8:2
1/4 final: Zirəddin Bayramov - Giorgi Tçoladze (Gürcüstan) 16:5
1/2 final: Zirəddin Bayramov - Reynald Bartlet (ABŞ) 6:2
Final: Zirəddin Bayramov

70 kq
1/8 final: Cəbrayıl Hacıyev - İvan Stoyanov (Bolqarıstan) 13:3
1/4 final: Cəbrayıl Hacıyev - Kevin Makota (İsveç) 10:0
1/2 final: Cəbrayıl Hacıyev - Stanislav Svinoboyev (Rusiya)

79 kq
Təsnifat: Əşrəf Aşırov - Osman Dzasezevs (Latviya) 10:0
1/8 final: Əşrəf Aşırov - Munxdavaa Bayarmunx (Monqolustan) 10:0
1/4 final: Əşrəf Aşırov - Məhəmməd Abdullayev (Qırğızıstan) 4:2
1/2 final: Əşrəf Aşırov - Maxambet Nurjaubayev (Qazaxıstan)