"Gözləmirdim ki, Marina Durundanı əvəz edəcəm. Marinaya tezliklə sağalmağı arzu edirəm". Sport24.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan bədii gimnastı Zöhrə Ağamirova deyib.

Bakıda təşkil olunacaq Dünya Kuboku yarışında ölkəmizi təmsil edəcək gənc gimnast ümidləri doğrultmağa çalışacağını bildirib: "Ümid edirəm ki, hər şey yaxşı olacaq. Çalışacağam ki, məşqçinin və azarkeşlərin ümidlərini doğruldum". 

Qeyd edək ki, yığmamızın lideri olan Marina Durunda Fransada keçirilən Qran Pri-də aldığı zədə səbəbindən məsul yarışda çıxış edə bilməyəcək.