Azərbaycanın yeniyetmə bədii gimnastları İspaniyanın Qvadalaxara şəhərində "Challenge” seriyasına aid Dünya Kubokunda mübarizə aparıblar.  Sport24.az xəbər verir ki, komanda hesabında Nərminə Səmədova və Arzu Cəlilovadan ibarət duet ümumi hesabda 88.550 xalla bürünc medala layiq görülüb. Sıralamada 4-cü yerdə də 86.950 xalla Azərbaycanın digər gimnastları Dərya Farşbafşəhriyari və Yelizaveta Luzan qərarlaşıb.

Fərdi final yarışlarında Arzu Cəlilova gürzlərlə 4-cü, lentlə 7-ci olub. Luzan isə halqa ilə çıxışına görə 6-cı yerdə qərarlaşıb.