Bədii gimnastika üzrə Azərbaycan yığmasının lideri hesab oluann Marina Durunda zədə alıb. Sport24.az xəbər verir ki, 19 yaşlı gimnastımız Fransanın Tiye şəhərində keçirilən Qran Pri turnirinə yollansa da, yarışın başlanmasında bir gün qalmış zədələnib. Onun məşqlərə nə vaxtdan davam edəcəyi Bakıda keçəcəyi müayinələrin nəticəsindən asılı olacaq.

Qeyd edək ki, Durunda ölkəmizi "Rio-2016"-da təmsil edərək, yekunda doqquzuncu yeri tutub.