Bədii gimnastika üzrə yığma komandamızın lideri Marina Durunda Bakıda keçiriləcək Dünya Kuboku yarışında iştirak etməyəcək. Sport24.az xəbər verir ki, buna səbəb onun zədəli olmasıdı.

20 yaşlı gimnast martda Fransada keçirilən Qran Pri-də  əlindən zədə alıb. Hazırda bərpa prosesi keçdiyindən məşqçilər onu Zöhrə Ağamirova ilə əvəzləmək qərarına gəlib. 

Xatırladaq ki, Ağamirova ilə yanaşı, ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Jalə Piriyeva, Siyana Vasilyeva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edəcəklər.

21 ölkədən 100-dən çox gimnastın iştirak edəcəyi gözlənilən turnir aprelin 28-dən 30-dək davam edəcək.