Aprel ayının ilk həftəsi Misirin Şarm Əl Şeyx şəhərində keçirilmiş aerobika gimnastikası üzrə beynəlxalq hakimlik kurslarının nəticələri açıqlanıb. Sport24.az xəbər verir ki, yeni hakimlər sırasında federasiyanın beynəlxalq əlaqələr üzrə meneceri Mehman Əliyevin adı da yer alır.  O, imtahanlardan müvəffəqiyyətlə keçərək, ilk dəfə beynəlxalq hakimlik kateqoriyası (4-cü dərəcə) əldə edib.

Bununla da, M.Əliyev hazırkı Olimpiya dövrü ərzində (2017-2020) hakimlik edə biləcək.

Xatırladaq ki, bundan öncəki kurslarda Azərbaycan təmsilçiləri Nigar Abdusəlimova və Aleksandra Qorobçuk da beynəlxalq hakimlik statusu əldə etmişdilər.