Azərbaycan akrobatları Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük Bakıdakı dünya çempionatının finalına vəsiqə qazanıblar.

Sport24.az xəbər verir ki, Rəhmov-Seyidli dueti təsnifat mərhələsində 28,760 xalla 1-ci olub.

Sabir Ağayev və Mehriban Salmanovadan ibarət cütlük isə 26,890 xalla 8-ci yeri tutub və təsnifat mərhələsində mübarizəni dayandırıb.

Ümumilikdə, 13 ölkədən 6-sı martın 11-dəki finala adlaya bilib.

Daha əvvəl Daniel Abbasov və Murad Rəfiyevdən ibarət cütlük templə hərəkətlərdə martın 12-dəki finalda iştirak hüququ qazanıb.