Bakı aprelin 28-30-da Beynəlxalq Gimnastika Federasiyasının  bədii gimnastika üzrə növbəti Dünya Kuboku mərhələsinə ev sahibliyi edəcək. Sport24.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçiriləcək turnirdə 20 ölkədən gimnastların iştirakı gözlənilir.

Ölkəmizi bu turnirdə Olimpiya Oyunlarının finalçısı Marina Durunda, yeniyetmələr arasında Avropa çempionatının gümüş və bürünc mükafatçısı Jalə Piriyeva, qrup hərəkətlərində isə Siyana Vasilyeva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edəcək.