14-19 fevral tarixlərində Ukraynanın Vinnitsa şəhərində akrobatika gimnastikası üzrə Beynəlxalq Hakimlik kursları keçirilib. Sport24.az xəbər verir ki, bu seminarda iştirak etmiş Azərbaycan təmsilçiləri imtahanlardan müvəffəqiyyətlə keçiblər. Aynur Hüseynova, Leyla Mehdizadə, Səbinə Məmmədova və Lalə Abdullayeva 4-cü, Dürdanə Əhmədova isə 3-cü hakimlik kateqoriyasını əldə ediblər.

Qeyd edək ki, bu kateqoriyalar hazırkı Olimpiya dövrü ərzində (2017-2020) qüvvədə olacaq.