6-9 fevral tarixlərində Bakıda kişi idman gimnastikası üzrə beynəlxalq hakimlik kursları təşkil olunub. Sport24.az xəbər verir ki, seminarda iştirak edən Azərbaycan təmsilçiləri Xəlil Hüseynov, Əhməd Ağayev 3-cü, Uğur Xəlilbəyli və Şakir Şıxaliyev isə 4-cü hakimlik dərəcəsi əldə ediblər.
Nəzərə çatdıraq ki, kişi idman gimnastikası üzrə azərbaycanlı hakimlər arasında Rza Əliyev ən yüksək - 1-ci dərəcəli beynəlxalq hakimlik kateqoriyasının sahibidi.
Qeyd edək ki, u kateqoriyalar hazırki Olimpiya dövrü ərzində (2017-2020) qüvvədə olacaq.