Futzal üzrə Azərbaycan millisinin DÇ-2024-ün əsas mərhələsi çərçivəsində Afinada Yunanıstan yığmasına qarşı keçirəcəyi səfər oyununu idarə edəcək hakimlər açıqlanıb.

Sport24.az xəbər verir ki, görüş İsveçdən olan hakimlər briqadasına tapşırılıb.

Matçın referisi Ademir Avdiçə David Qlavonyiç və Georgi Yansizian kömək edəcəklər. Görüşün hakim-inspektoru sloveniyalı Vilvo Boroşak, UEFA nümayəndəsi isə niderlandlı Artur Admiral olacaq.

Oktyabrın 11-də baş tutacaq bu qarşılaşmaya Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.