Bu gün futzal üzrə Yüksək Liqada XX turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, turun bütün görüşləri Bakı İdman Sarayı baş tutacaq.

Turun ilk matçında “Neftçi” ilə U-19 yığmamız qarşılaşacaq. Daha sonra “Alyans”la EKOL-un qarşılaşması baş tutacaq. Günün son matçı “Baku Fire” ilə lider “Araz” arasında olacaq.

Yüksək Liqa
XX tur

22 aprel

Neftçi İK – U-19
Hakimlər: Knyaz Əmiraslanov, Nahid Xasıyev, Nail Nağıyev
Hakim-inspektor: Murad Məmmədov
Bakı İdman Sarayı. Saat 12:00

Alyans – EKOL
Hakimlər: Ceyhun Hüseynov, Şakir Quliyev, Mahir Məmmədov
Hakim-inspektor: Elçin Səmədli
Bakı İdman Sarayı. Saat 14:00

Baku Fire – Araz (Naxçıvan)
Hakimlər: Əli Cəbrayılov, Xəlil Xəlilov, Rza Məmmədov
Hakim-inspektor: Mehman Mahmudov
22 aprel. Bakı İdman Sarayı. Saat 16:00