Bu gün futzal üzrə Yüksək Liqada 13-cü turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, turun bütün oyunları Bakı İdman Sarayında baş tutub.

Turun açılış matçında EKOL ilə “Alyans” (Lənkəran) üz-üzə gəlib. Beş qolun qeydə alındığı oyunda liderin əsas izləyicisi inamlı qələbəyə sevinib.

Bu turda U-19 ilə qarşılaşan “Neftçi” də turu inamlı qələbə ilə başa vurub. “Xilə” isə “Record”la oyunda darmadağına üzülüb.

Turun qapanış matçı lider “Araz”la “Baku Fire” arasında baş tutub. Altı qolun qeydə alındığı bu oyunda Naxçıvan təmsilçisi ilk xal itkisi ilə üzləşib.

Yüksək Liqa
XIII tur

24 fevral

EKOL – Alyans (Lənkəran) 4:1
Qollar: Əsgər Abasov, 1:59. Mehdi Rəsulov, 6:01. Rüstəm Bağırov, 13:54. Namiq Məmmədkərimov, 24:26 - Farzad Sedighi, 21:11.
Hakimlər: Hikmət Qafarlı, Xəlil Xəlilov, Nahid Xasıyev.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı İdman Sarayı. Saat 12:00.

U-19 – Neftçi İK 2:5
Qollar: Nurlan Məmmədov, 8:00. Fariz Mehrəliyev, 33:11 - Hasan Ali Jafari, 2:04; 6:11. Vahid Xocayev, 14:04. Oruc Baxşəlizadə, 15:17. Omid Talebi, 39:15.
Hakimlər: Ziya Nəsirov, Ceyhun Hüseynov, Elgün Hüseynov.
Hakim-inspektor: Mehman Mahmudov.
Bakı İdman Sarayı. Saat 14:15

Xilə – Record 2:15
Qollar: Tural Lətifov, 14:22. İmran Məhərrəmov, 39:22 - Sərxan Məstiyev, 0:53. Matin Qahremani, 4:58; 8:09; 13:21; 13:39; 15:56; 31:46; 35:31; 37:50. Amin Daghestani, 5:24; 9:27. Hosseini Hotkani Seyedreza, 11:15; 31:30. Mehdi Karimihachehsoo, 39:06. İmran Məhərrəmov, 39:30-öz qapısına.
Hakimlər: Anar Fərəcov, Mahir Məmmədov, Hüseyn Əsgərov.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı İdman Sarayı. Saat 16:15.
 
Araz (Naxçıvan) - Baku Fire 3:3
Qollar: Maneka, 11:18; 19:20. Felipinyo, 14:36 - Murad Quluzadə, 2:45. Elvin Quliyev, 5:39. Tofiq Əliyev, 16:36.
Hakimlər: Nail Nağıyev, Rza Məmmədov, Vüsal Balaşov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı İdman Sarayı. Saat 18:15.

Xal durumu: Araz – 37, EKOL – 30, Neftçi – 25, Baku Fire – 22, Record – 21, Alyans – 12, U-19 – 10, Xilə – 6.