Bu gün futzal üzrə Yüksək Liqada qış fasiləsi başa çatıb. Sport24.az xəbər verir ki, 2022-ci ilin ilk matçında autsayderlər - “Alyans”la “Xilə” qarşılaşıb. 11 qolun qeudə alındığı bu oyun Lənkəran təmsilçisinin qələbəsiylə yekunlaşıb.

Novbəti oyunda lider “Araz” əsas izləyicisi EKOL-la qarşılaşıb. Bu oyunda da qapılara 11 qol vurulub. Yekunda qələbəni Naxçıvan təmsilçisi bayram edib. Naxçıvan təmsilçisi itkisiz liderliyini davam etdirir.

“Baku Fire” - “Neftçi” İK dueli də maraqlı alınıb. Xüsusilə də ikincilərin heyətində yeniliklər kifayət qədər idi. Baş məşqçi postunda Elşad Quliyev gətirilibsə, köməkçi-məşqçi vəzifəsi futzalımızın əfsanələrindən hesab edilən Vitali Borisova tapşırılıb. Məşqçilərdən başqa yeni futzalçılar da dəvət olunub. Hesabı da nominal qonaqlar açıblar. Kapitanın zərbəsi dəqiq olub. “Neftçi” fasiləyə qədər daha 3 qol vurub və yekunda da qələbəni bayram edən tərəf olub.

Tur turnir cədvəlində qonşu olan komandaların - “Record”la U-19-un görüşü ilə yekunlaşıb. Matçda turun ən erkən qolu vurulub. Fasiləyə qədər milli status-kvonu bərpa edib. İkinci hissədə ardıcıl qollar vuran U-19 üstünlüyünü möhkəmləndirib. Qələbə milli komandaya turnir cədvəlində bir pillə irəliləmək imkanı yaradıb.

Yüksək Liqa
XII tur

15 fevral

Alyans (Lənkəran) – Xilə 8:3
Qollar: Elşən Veysov, 5:07; 6:15; 36:19. Farzad Sedighi, 18:27; 23:07. Sajjad Amirteimour, 18:59; 25:08. Anar İsayev, 32:16 - Tural Lətifov, 9:52. Firuddin Ağalarov, 37:12-pen. Rəsul İbrahimov, 38:46.
Hakimlər: Xəlil Xəlilov, Nahid Xasıyev, Vüsal Balaşov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı İdman Sarayı. Saat 12:00.

Araz (Naxçıvan) – EKOL 8:3
Qollar: Xətai Bağırov, 9:50; 10:10; 19:38; 33:35. Maneka, 10:37; 29:36; 37:39. Ramiz Çovdarov, 14:17 - Namiq Məmmədkərimov, 2:59. Faiq Əliyev, 4:41. Mehdi Rəsulov, 18:43.
Hakimlər: Hikmət Qafarlı, Mahir Məmmədov, Anar Fərəcov.
Hakim-inspektor: Azər Əsgərov.
Bakı İdman Sarayı. Saat 14:15.

Baku Fire – Neftçi İK 1:4
Qollar: Əjdər Əjdərov, 38:39-öz qapısına - Rüfət Balakişiyev, 2:51. Omid Talebi, 10:14. Nurlan Mehdizadə, 13:50. Hasan Ali Jafari, 15:15.
Hakimlər: Ziya Nəsirov, Nail Nağıyev, Elgün Hüseynov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı İdman Sarayı. Saat 16:15.

Record – U-19 4:7
Qollar: Amin Dağestani, 0:55; 37:59; 38:42. Matin Qahremani, 34:46 - Şahmar Cəfərli, 12:36. Nurlan Məmmədov, 23:49. Mikayıl Qiyasov, 32:06; 37:47. Fariz Mehrəliyev, 33:40. Məhəmməd Abbasov, 38:35; 38:48.
Hakimlər: Ceyhun Hüseynov, Hacıəli Ağayev, Hüseyn Əsgərov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı İdman Sarayı. Saat 18:15.

Turnir cədvəli: Araz – 36, EKOL – 27, Neftçi – 22, Baku Fire – 21, Alyans – 12, U-19 – 10, Record – 9, Xilə – 6.