Bu gün futzal üzrə Yüksək Liqada 2-ci turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, mərkəzi matçda ilk turu böyükhesablı qələbələrlə qapayan iki komanda üz-üzə gəlib.

Daha üstün oynayan “Araz Naxçıvan” “Record” üzərində qələbə qazanıb və vahid lider olub.

Günün ilk oyununda isə “Baku Fire” U-19 üzərində böyükhesablı qələbəyə sevinib. “Neftçi” İK da “Alyans”dan üstün olub.

Yüksək Liqa
2-ci tur

1 oktyabr

Baku Fire – U-19 12:0
Qollar: Sorouş Heydari, 8:43; 27:32; 31:52. Tofiq Əliyev, 9:57; 23:21. Faiq Əliyev, 11:05; 12:29. Elvin Quliyev, 22:25. Nihad İsmayılov, 31:34. Sahand Rezapour, 32:24. İmaməli Hüseynov, 37:25. Aqa Taklik Ali, 38:12.
Hakimlər: Hacıəli Ağayev, Kənan Məlikov, Şakir Quliyev.
Hakim-inspektor: Mehman Mahmudov.
Olimpik Star. Saat 14:00.

Neftçi İK – Alyans (Lənkəran) 6:3
Qollar: Ülvi Əliyev, 5:09. Mirzə Əmirov, 14:24. İlkin Hacıyev, 26:14; 31:00. Nurlan Mehdizadə, 35:40. Rüfət Balakişiyev, 39:39 - Mahdi Faezi, 4:06; 23:35. Armin Farroxi, 11:49.
Hakimlər: Ziya Nəsirov, Nahid Xasıyev, Vüsal Balaşov.
Hakim-inspektor: Elçin Səmədli.
Olimpik Star. Saat 15:45.

Record - Araz Naxçıvan 1:8
Qollar: Mahyar Pourniyazi, 39:56 - Felipinyo, 9:51. Fərid Ələkbərov, 14:20. Vitinyo, 19:20; 33:45. Andreu Varqas, 22:48. Sinesio, 32:32. Xəzər Ağalızadə, 34:57. Oktay Rüstəmli, 39:35.
Hakimlər: Hikmət Qafarlı, Knyaz Əmiraslanov, Əli Cəbrayılov.
Hakim-inspektor: Azad Hüseynov.
Olimpik Star. Saat 17:30.

Xal: Araz Naxçıvan – 6, Baku Fire – 4, Neftçi İK – 4, Record – 3, Alyans – 0, U-19 – 0.