Futzal üzrə Yüksək Liqanın IV turundan təxirə salınmış “Araz Naxçıvan” – “Neftçi” İK oyununun başlama vaxtı müəyyənləşib.

Sport24.az xəbər verir ki, görüş noyabrın 21-də Bakı İdman Sarayında keçiriləcək.

Bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb. Oyunun saat 14:15-də başlayacağı diqqətə çatdırılıb.