Futzal üzrə Gürcüstan millisinin üzvü Roninyo Avropa çempionatındakı çıxışları ilə bağlı açıqlama verib.

Sport24.az xəbər verir ki, Belçikanın “Halle Goik”komandasında oynayan futzalçı Avropa çempionatında Azərbaycana qarşı keçirdikləri oyundan (3:2) da danışıb:

“Eyni klubda çıxış etdiyim Edu azərbaycanlıların heyətində yer almışdı. Bu bir az qardaş qırğına bənzəyirdi. Əvvəlcədən gülə-gülə dedik ki, əgər hər iki komanda 1/4 finala vəsiqə qazana biləcəksə, heç-heçə bizə yaraşar. Hər ikimiz tam gücümüzü ortaya qoysaq da, meydanda qəribə hiss var idi”.

Gürcüstan yığması Avropa çempionatının 1/4 finalında Rusiyaya uduzub. Azərbaycan millisi isə qrupdan çıxa bilməyib.