Azərbaycan millisinin futzalçısı Rafael Vilela Rusiyanın “Tümen” komandasına qayıdıb.

Sport24.az xəbər verir ki, bu barədə klubun icraçı direktoru Denis Xarin yerli mətbuata açıqlamasında məlumat verib.

O, bir mövsümlük Qazaxıstan "Kayrat"ına icarəyə verilmiş 29 yaşlı hücumçunun vaxtından əvvəl “Tümen”ə dönməsini belə şərh edib:

“Bu, Çempionlar Liqasında iştirak edən Qazaxıstan təmsilçisinin heyətini gücləndirmək məqsədi daşıyırdı. Amma komanda “dördlər finalı”na çıxa bilmədiyi üçün futzalçıdan qayıtmasını və Rusiya çempionatında bizə kömək etməsini xahiş etdik. "Kayrat" da buna razılaşdı. Ümid edirik ki, bu dəfə futzalçıya öz mövqeyində şans veriləcək və klub ondan maksimum yararlanacaq”.