19 yaşadək futzalçılar arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb. Sport24.az xəbər verir ki, Azərbaycan yığmasının rəqibləri də bəlli olub.

Belə ki, millimiz əsas mərhələdən mübarizəyə başlayacaq və G qrupunda Xorvatiya, Belarus, Latviya ilə yarışacaq. Qrupun oyunları Xorvatiyada baş tutacaq. Bu raundun görüşləri 2022-ci il martın 15-20-də təşkil olunacaq.