Qazaxıstan futzal millisinin baş məşqçisi Kaka sentyabrın 19 və 20-də Azərbaycana qarşı Aktau şəhərində keçiriləcək yoldaşlıq görüşləri barədə danışıb. Sport24.az xəbər verir ki, milli komandamızın veteran futzalçısı hər iki görüşdə anşlaq olacağına inandığını bildirib: "Sevindirici hal odur ki, Qazaxıstan millisi oyunlarını təkcə Nur-Sultan və Almatıda keçirmir. Bu, futzalın populyarlığı və inkişafı baxımından irəliyə atılmış addımdı. Azərbaycanla oyunda anşlaq və yaxşı dəstək gözləyirik. Aktaulular əla atmosfer yarada bildiklərini bir neçə dəfə sübut ediblər".

Kaka onu da vurğulayıb ki, bu, həm də təcrübəli oyunçusu Dinmuhabet Süleymanovun vida matçı olacaq: "Hamımız bilirik ki, Dimaş Qazaxıstan futzalının simvoludu. O, əla vidaya layiqdi. Bu, sentyabrın 19-da Azərbaycana qarşı görüşdə baş verəcək".