Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynlinin şərəfini qoruduğu "Torpedo" növbəti matçını keçirib. Sport24.az xəbər verir ki, Nijni Novqorod təmsilçisi "Qazprom Yuqra"yla 3-cü matçdan məğlub ayrılıb.

Belə ki, Hüseynlinin komandası 3:9 uduzub. Millimizin qapıçısı oyunun sifariş ərizəsinə düşə bilməyib.

Tərəflərin 4-cü görüş sabah keçiriləcək. Reqlamentə əsasən komandalardan biri üç qələbə qazanmalıdı.