Futzal üzrə Azərbaycan millisinin dünya çempionatının əsas seçmə mərhələsi çərçivəsində Polşa və Yunanıstan yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti bəlli olub.

Sport24.az xəbər verir ki, baş məşqçi Joze Alesio Da Silva 15 oyunçuya dəvət göndərib.

Braziliyanın “Marreko” klubunun üzvü Amadeu oktyabrın 4-də, Qazaxıstanın “Bayterek” klubunda çıxış edən Amir Shojaei və Hadi Ahmadi isə oktyabrın 5-də komandaya qoşulacaq.

Oktyabrın 7-də Polşanı qəbul edəcək Azərbaycan yığması 4 gün sonra Yunanıstanın qonağı olacaq.

1. Rövşən Hüseynli – Araz Naxçıvan
2. Emin Kürdov - Neftçi İK
3. Cavad Məmmədov – Araz Naxçıvan
4. Conatas Felipe “Felipinyo” – Araz Naxçıvan
5. Xəzər Ağalızadə – Araz Naxçıvan
6. Amir Şocaei - Bayterek (Qazaxıstan)
7. Hadi Ahmadi - Bayterek (Qazaxıstan)
8. Amadeu - Marreko (Braziliya)
9. Rafael Vilela - Kayrat (Qazaxıstan)
10. Everton Cardoso - Bintang Timur (İndoneziya)
11. Oktay Rüstəmli – Araz Naxçıvan
12. Fineo De Arauxo - Sportinq Paris (Fransa)
13. Tyaqo Bolinya - Sportinq Paris (Fransa)
14. Fərid Ələkbərov – Araz Naxçıvan
15. Poletto Fabio Joze - Active Netvork (İtaliya)