Azərbaycan futzal millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, 3-cü qrupda mübarizə aparan Joze Alesionun yetirmələri evdə Moldova yığması ilə qarşılaşıb.

Bakı İdman Sarayındakı görüşdə qapılara 6 qol vurulub. Komandamız yekunda darmadağına sevinib.

Avropa çempionatının seçmə mərhələsi

III tur

Azərbaycan - Moldova 5:1
Qol: Fineo, 7. R.Fərzəliyev, 14. H.Ahmadi, 15. Bolinya, 27; 40 - S.Takot, 26.
Hakimlər: Culio Kolombin (İtaliya), Daniele Dadamo (San-Marino)
Bakı İdman Sarayı.

Qeyd edək ki, qrupdakı ilk iki oyunda maksimum nəticə qazanan Azərbaycan millisi 6 xalla liderdir. Moldova isə 4 xalla 2-cidir. Qrupun digər görüşündə Slovakiya Yunanıstanı qəbul edəcək.

 

Azərbaycan: 12. Rövşən Hüseynli (q), 6. Eduardo Borges, 13. Qalo, 9. Rafael Vilela, 10. Vassura, 19. Cavad Məmmədov (q), 3. Bolinya, 5. Amir Şocaei, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 17. İsa Atayev, 7. Ramiz Çovdarov, 14. Hadi Ahmadi, 16. Fineo De Arauxo.
Baş məşqçi: Joze Alesio Da Silva.

Moldova: 1. Oleq Çitoroaqi (q), 5. Andrey Neqara, 6. Konstantin Burdujel, 7. Andrian Laşku, 10. Sergey Takot (k), 12. Sergey Burduja (q), 14. Konstantin Qurjui, 3. Konstantin Nita, 4. Sergey Nikolayçuk, 8. Leonid Podlesnov, 9. Marin Stan, 11. Yulian Kojokaru, 2. Aleksandr Çımbalist, 13. Viktor Neqara.
Baş məşqçi: Vladimir Busatı.