Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının əsas seçmə mərhələsində ilk oyununa çıxıb.

Sport24.az xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 6-cı qrupdakı ilk matçında Polşanı qəbul edib.

Bakı İdman Sarayındakı qarşılaşma Azərbaycan yığmasının 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan millisi qrupdakı ikinci oyununu oktyabrın 11-də səfərdə Yunanıstana qarşı keçirəcək. Polşa seçməsi ilk oyununda yunanlara qalib gəlib - 3:0.

DÇ-nin seçmə mərhələsi
6-cı qrup

7 oktyabr

Azərbaycan – Polşa 4:3
Qol: Xətai Bağırov, 10. Rafael Vilela, 17; 24. Bolinya, 34 - Matyuş Mrovyek, 7. Sebastyan Lesçak, 25. Kamil Surmyak, 27.