Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılovdan ibarət hakimlər briqadası beynəlxalq təyinat alıb.

Sport24.az xəbər verir ki, FİFA referiləri futzal üzrə DÇ-2024-ün əsas mərhələsinin 12-ci qrupunda keçiriləcək Slovakiya – Almaniya qarşılaşmasını idarə edəcək.

Matç noyabrın 9-da Slovakiyanın Levice şəhərində baş tutacaq. Bu oyunun birinci hakimi Hikmət Qafarlı, ikinci hakimi Knyaz Əmiraslanov, üçüncü hakimi isə Əli Cəbrayılov olacaq.