Futzal üzrə Yüksək Liqada, eləcə də Birinci və İkinci liqalarda iştirak edən klublar üçün “qış transfer pəncərəsi” yanvarın 3-də açılıb.

Sport24.az xəbər verir ki, komandalar yeni transferlərini fevralın 1-i, axşam 23:59-a qədər qeydiyyatdan keçirə bilərlər.

Bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.