Futzal üzrə Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən Azərbaycan millisi bu gün yoxlama oyunu keçirib. Sport24.az xəbər verir ki, komandamız Borqlon şəhərində Belçika yığmasının qonağı olub.

Azarkeşlər üçün qapalı keçirilən, yerli hakimlərin idarə etdiyi matç millimizin məğlubiyyəti ilə nəticələnib. Yüngül zədəsi olan futzalçımız İsa Atayev görüşdə iştirak etməyib. .

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının D qrupunda Bosniya və Herseqovina, Gürcüstan və İspaniya ilə üz-üz gələcək. 19 yanvar - 6 fevralda gerçəkləşəcək yarış ilk dəfə 16 komandanın iştirakı ilə olacaq.

 

Yoxlama oyunu
17 yanvar

17:00. Belçika – Azərbaycan - 5:3

Qolar: Vassura, 17, Everton Kardoso, 31, Tyaoq Bolimya, 37
Hakimlər: İbrahim Eljilali, Juan Boelen, Kris Feytons.