Futzal üzrə dünya çempionatının əsas seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də Teodoros-Putos İdman zalında Yunanıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisi bu gün Afinaya çatıb.

Sport24.az xəbər verir ki, “The Stanley” hotelində məskunlaşan komandamız oyunöncəsi son məşqini bu gün Bakı vaxtı ilə saat 19:00-da matçın keçiriləcəyi arenada reallaşdıracaq.

Baş məşqçi Joze Alesio Da Silva ikisi qapıçı olmaqla 14 futzalçını səfərə aparıb.