Niderlandda keçirilən futzal üzrə Avropa çempionatında finalçılar müəyyənləşib. Sport24.az xəbər verir ki, həlledici qarşılaşmada Rusiya və Portuqaliya milli komandaları üz-üzə gələcək.

Yarımfinalda Rusiya Ukraynanı, Portuqaliya isə İspaniyanı eyni hesabla yenib - 3:2.

Final matçı oktyabrın 6-da Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Ukrayna və İspaniya arasında 3-cü yer uğrunda görüş isə həmin gün saat 17:30-da start götürəcək.

Xatırladaq ki, Xorvatiya heç-heçə etdiyi millimizin qrupundan qalib kimi pley-offa çıxmışdı.