Futzal üzrə Portuqaliya çempionu “Benfika”nın baş məşqçisi Joel Roşa UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində “Araz”a qarşı keçirdikləri oyunu şərh edib. Sport24.az xəbər verir ki, o, komandasının 7:0 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Çətin və maraqlı oyun oldu. Biz ağıllı, səliqəli, intizamlı oynadıq. Məşqdə etdiklərimizi 100 faiz meydanda həyata keçirdik. “Araz”ın üzləşdiyi problemlə xəbərdaram. Bu komandanın heyətində mübarizə aparan 6 oyunçu qəhrəmandı. Onlar iki gün ardıcıl olaraq bu cür oyunlar keçirdilər. Təbii ki, biz qrupu birinci pillədə başa vurmaq üçün mübarizəmizi sona qədər davam etdirəcəyik. Son matçda Belçika çempionu ilə qarşılaşacağıq ki, onlara meydan amilindən istifadə etməsinə imkan verməməyə çalışacağıq”.