"Araz-Naxçıvan" futzal komandasının baş məşqçisi Yevgeni Kukseviç UEFA Çempionlar Liqasının püşkatmasına münasibət bildirib. Sport24.az xəbər verir ki, rusiyalı turnirdə layiqincə çıxış edəcəyinə inandığını vurğulayıb:

 

"Yeni mövsüm üçün yaxşı heyət qurmaq istəyirik. Çempionlar Liqasında hədəfimiz yüksəkdir".

 

Çalışdırıcı rəqibləri ciddi şəkildə təhlil edəcəklərini söyləyib:

 

"Bütün komandalara hörmətlə yanaşırıq. Onların oyunlarına ayrı-ayrılıqda baxacağıq. Biz gücümüzə və imkanlarımıza uyğun hərəkət edəcəyik. Azərbaycanı Avropada layiqincə təmsil etmək istəyirik".

 

Qeyd edək ki, "Araz-Naxçıvan" F qrupunda "Ljuti Krajişniç" (Avstriya), "PYF Saltires" (Şotlandiya) və "Sparta Belfast" (Şimali İrlandiya) komandaları ilə qarşılaşacaq. Oyunlar avqustun 26-dan 31-dək Avstriyada keçiriləcək.