Futzal üzrə Azərbaycan milli komandası Niderlandda keçirilən Avropa çempionatının qrup mərhələsində bu gün sonuncu oyununa çıxıb. Sport24.az xəbər verir ki, Joze Alesio Da Silvanın çalışdırdığı kollektiv D qrupunun 3-cü turunda Bosniya və Herseqovinanı sınağa çəkib.

İlk 2 turdan sonra 1 xalla 3-cü pillədə qərarlaşan Azərbaycan yığması 1/8 finala yüksəlmək üçün rəqibini böyük hesabla məğlub etməli idi. İlk qələbə 2 top fərqiylə olub.

Amma  bu, darmadağınla olsaydı belə, heç nəyi dəyişməyəcəkdi. Çünki gürcülərin İspaniyanı məğlub etməsi lazım idi. Pireneylilər rəqibi üzərində böyük hesabla qalib gələrək qrupu vahid lider kimi başa vurub. Gürcülər 2-ci yerlə pley-offa yüksəlib, millimiz isə qrupu 3-cü pillədə başa vuran Avropa çempinatındakı çıxışını başa vurub.

Xatırladaq ki, qrupdakı ilk matçında Gürcüstana 2:3 hesabı ilə uduzan Azərbaycan millisi ikinci görüşdə İspaniya ilə heç-heçə edib – 2:2.

AÇ-2022
D qrupu

29 yanvar

20:30. Azərbaycan - Bosniya və Herseqovina - 4:2

Qollar: Bolinya, 13:22, Eduardo, 10:02, Rafael Vilela, 32`35, Qallo, 39`52, - Radmiloviç 11:50, Nermin Kahvedziç, 31`20`

Qırmızı vərəqə: Felipinyo, 30`02 (Azərbaycan, 2-ci sarı vərəqə)

Hakimlər: Daniel Matkoviç (İsveçrə), David Qrondal Nissen (Danimarka), Yan Kresta (Çexiya).
Amsterdam. "Ziggo Dome"

 

20:30. Gürcüstan - İspaniya - 0:8 

Bir bunu deyən yazı "Ziggo Dome Amsterdam Group D 4-2 Azerbaijan Bosnia and Herzegovina Bolinha 6’22" Eduardo 10'02" Vilela 32'35" Gallo 39'52" Radmilović 11 '50" Kahvedžić 31'20' Updates Line-ups Stats Group Match info Group D P 福 w D L Spain Pts 3 2 1 0 7 Georgia 3 2 0 1 6 Azerbaijan 3 1 1 1 4 Bosnia and Herzegovina 3" şəkili ola bilər