Bu gün final mərhələsi 2023-cü ildə Xorvatiyanın Poreç şəhərində keçiriləcək 19 yaşadək futzalçılardan ibarət milli komandalar arasında Avropa çempionatının ilkin və əsas mərhələsinin püşkü atılıb.

Sport24.az xəbər verir ki, mübarizəyə əsas mərhələdən başlayacaq Azərbaycan millisi 5-ci qrupda Yunanıstan, Bosniya və Herseqovina və Fransa komandaları ilə qarşılaşacaq.

Bu mərhələnin oyunları gələn il 21-26 mart tarxilərində keçiriləcək.