Son vaxtlar dünya mətbuatında gələcəkdə Formula 1-də Səudiyyə Ərəbistanı komandasının mübarizəyə qoşulacağı ilə bağlı məlumatlar dolaşır. Sport24.az xəbər verir ki, ərəblərin özləri də təsdiqləyir.

Bu ölkənin Avtoidman Federasiyasının prezidenti Xalid bin Sultan-Feysal belə bir ideyalarının olduğunu söyləyib: “Bizim avtoidmanda zəngin tariximiz var. Səudiyyə Ərəbistanı Formula 1-ə cəlb olunan ilk Yaxın Şərq ölkəsi olub. Biz 1978-ci ildə “Uilyams” komandası ilə sponsorluq müqaviləsi imzalamışdıq. Mən ölkəmin adının Formula 1 brendinin yanında hallanmasına görə qürur hissi keçirmişdim. İllər ötdükdən sonra biz qran-pri təşkil etdik. Bəlkə də nə vaxtsa Formula 1-də Səudiyyə Ərəbistanı komandası da peyda olacaq. Hadisələrin buna doğru gedəcəyinə ümid edirəm”.