Səudiyyə Ərəbistanı Qran-prisində finiş xəttini birinci keçən Serxio Peres qələbə sevincini bölüşüb. Sport24.az xəbər verir ki, "Red Bull” pilotu komanda olaraq əla çıxış etdiklərini söyləyib: “Yarışın əvvəlində öz işimizin öhdəsindən məharətlə gəldik. Daha sonra az qala təhlükəsizlik maşını qələbəmizi əlimizdən alacaqdı. Bütün komanda olaraq əla iş gördük, hamı səylə çalışırdı. Qələbəyə görə çox şadam. Ən yaxşı bolid bizdədir, bunu qəbul etmək xoşdur!”.

Yarışı ikinci sırada başa vuran Maks Ferstappen də çıxışlarından razı qaldığını söyləyib. O, yarışa 15-ci yerdən start götürməsinə görə onu 2-ci sırada başa vurmağı böyük uğur adlandırıb.